“Fənərbağça” daha bir transferini açıqladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin “Fənərbağça” klubu İtaliya təmsilçisi “Milan”ın yarımmüdafiəçisi
Rade Kruniçi transfer edib.
Məlumata görə, Bosniya və Herseqovinadan olan yarımmüdafiəçiyə bonuslarla
birlikdə təxminən beş milyon avroluq transfer haqqı ödəniləcək.
Futbolçunun bu gün İstanbula yollanacağı məlumdur. Tibbi müayinədən keçdikdən
sonra onun yeni komandası ilə 3,5 illik müqavilə bağlaması planlaşdırılır.
Qeyd edək ki, “Milan”da 4 il yarım keçirən Rade Kruniç 139 matçda üç qol
vurub, altı məhsuldar ötürmə edib.
Yeri gəlmişkən bildirək ki, “Fənərbaxça” ötən gün Leonardo Bonuççini də
heyətinə qatdığını açıqlayıb.
Mənbə: Ntvspor.net