429dc43d-3fd0-4310-a672-f5d2abb8545e..jpg

“Fənərbağça” “Qalatasaray”la oyunda meydanı tərk etməsi ilə bağlı bəyanat yaydı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 449 dəfə baxılıb.

“Fənərbağça” “Qalatasaray”la oyunda meydanı tərk etməsi ilə bağlı bəyanat
yaydı – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fənərbağça” Türkiyə Superkuboku ilə bağlı bəyanat yayıb.

Klubun rəsmi saytında yayımlananan bəyanatda deyilir:

“Qazanmaq üçün yox, doğruları müdafiə etmək üçün meydana çıxdığımız bu gündə
hərəkətlərimizi izah etmək üçün bunu vurğulamaq istəyirik. Sadəcə futbolda yox,
yarışdığımız hər şeydə 117 illik türk futboluna xidmət edən, muzeyində alın
tərinin, əməyin izlərini daşıyan minlərcə kuboku olan, 30 milyon azarkeşlə
ölkəsinin milli dəyərlərini mənliyində hiss edən dünyanın ən böyük idman klubu
olaraq, dünən olduğu kimi bu gün və sabah da dik durmağa davam edəcəyik”.

Qeyd edək ki, “Fənərbağça” Türkiyə Superkubokunda “Qalatasaray”la keçirilən
oyunun üçüncü dəqiqəsində meydanı tərk edib.

07.04.2024, 22:50

“Fənərbağça” Türkiyə Superkubokunda “Qalatasaray”la keçirilən oyunun üçüncü
dəqiqəsində meydanı tərk edib.

Cixisyolu.com xəbər verir ki, Şanlıurfada keçirilən görüşə U-19 komandasının
futbolçuları ilə çıxan İstanbul təmsilçisi qarşılaşmanı davam etdirməkdən
imtina edib.

Buna qədər “Qalatasaray” Mauro İkardinin birinci dəqiqədə vurduğu qolla hesabı
açmışdı.

“Fənərbağça”nın bu qərarı qarşılaşmanın yarımçıq dayandırılmasına səbəb olub.
Bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını
açıqlayacaq.

“Fənərbağça”ya texniki məğlubiyyətin verilməsi və “Qalatasaray”ın Superkubokun
qalibi elan olunması gözlənilir.

Source link