9e611a78-244a-4fda-bbca-829fed959900..jpg

“Fənərbağça”lı futbolçulara hücum edənlərdən dördü həbs edildi – YENİLƏNİB + VİDEO

Baxış sayı: 511 dəfə baxılıb.

“Fənərbağça”lı futbolçulara hücum edənlərdən dördü həbs edildi – YENİLƏNİB +
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Super Liqasının 30-cu həftəsində “Trabzonspor”un doğma meydanında
“Fənərbağça”ya 3:2 hesabı ilə uduzmasından sonra meydana daxil olaraq
“Fənərbağça”lı futbolçulara hücum edən 13 azarkeşdən dördü həbs edilib, dörd
nəfər isə polis nəzarəti şərti ilə azadlığa buraxılıblar.

Hadisələrdə iştirak edən dörd nəfərin məhkəmə binasında ifadələrinin alınması
davam edir.

Mənbə: hurriyet.com

17:08

“Trabzonspor”un “Fənərbağça”ya 3:2 hesablı məğlubiyyətindən sonra tribunadan
atılaraq meydana daxil olan azarkeşlər məhkəmə binasına aparılıblar.

“Fənərbağça”nın futbolçularına hücum edən 12 azarkeşdən yeddisi saxlanılma
prosedurlarından sonra məhkəməyə çıxarılıb.

Xatırladaq ki, martın 17-də baş tutan “Trabzonspor” – “Fənərbağça”
qarşılaşmasından sonra meydanda böyük qalmaqal yaşanıb. “Trabzonspor”un
tərəfdarları meydana atılaraq “Fənərbağça” oyunçularına və baş məşqçisinə hücum
edib və zərbələr endiriblər.

Mənbə: İHA


Source link