“Fənərbağça”nı ciddi təhlükə gözləyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin “Fənərbağça” klubu Super Liqadan uzaqlaşdırılma təhlükəsi ilə
üzləşə bilər.
Məlumata görə, “sarı-lacivərdlər” Türkiyə Superkubokunda “Qalatasaray” ilə
oyunu yarıda dayandırdıqları üçün ciddi cəza ala bilərlər.
Peşəkar İntizam Komitəsinin qərarına görə, “Fənərbağça” klubu Superkubok
görüşü üçün xərclənən bütün məbləği “Qalatasaray” klubuna və Türkiyə Futbol
Federasiyasına ödəməli olacaq. Bundan başqa, komanda Super Liqada xallarının
silinməsi nəticəsində birinci liqaya endirilə bilər.
Qeyd edək ki, “Qalatasaray”la Türkiyə Superkubokunun final görüşünə U-19
komandası ilə çıxan “Fənərbağça” klubu birinci dəqiqədə qol buraxdıqdan sonra
meydanı tərk edib.
Mənbə: Fotomac.com.tr