“Fənərbağça”nın azarkeşi döyən futbolçusuna ağır cəza verildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Trabzonspor” – “Fənərbağça” (2:3) oyununda meydana daxil olan azarkeşi döyən
Brayt-Osayi Samuelin cəzası bəlli olub.
Nigeriya mətbuatı milli futbolçunun ağır cəzalandırılacağı barədə xəbər yayıb.
Belə ki, 26 yaşlı oyunçunun 5-10 matç arası futbol meydanlarından uzaq
qalacağı bildirilir.
Həmin oyundan sonra əlində künc bayrağı ilə “Fənərbağça”nın azarkeşlərinə
hücum edən “Trabzonspor” azarkeşi Samuel tərəfindən döyülmüşdü. Həmçinin
azarkeşin əlində bıçağın olduğu da bildirilir.
Qeyd edək ki, “Trabzonspor” – “Fənərbağça” oyununda polis tərəfindən
saxlanılan 13 azarkeşdən dördü barədə həbs qətimkan tədbiri seçilib.
Mənbə: sporekstra.aksam.com