“Fənərbağça”nın baş məşqçisi millimizin hücumçusundan çəkinir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Fənərbağça” Türkiyə Super Liqasının IX turunda “Hatayspor”la qarşılaşacaq.
İstanbul təmsilçisinin baş məşqçisi İsmail Kartal komandaya Hatay
təmsilçisinin üç futbolçusuna xüsusi diqqət edilməsini bildirib.
Bunlar Azərbaycan millisinin hücumçusu Renat Dadaşov, Fiyaso Dele-Başiru və
Riqoberto Rivasdır. Mütəxəssis mövsümə yaxşı başlayan hücum oyunçularının daim
nəzarətdə saxlanılmasını istəyib.
Oktyabrın 22-də keçiriləcək “Fənərbağça” – “Hatayspor” oyunu saat 20:00-da
başlayacaq.