“Fənərbağça”nın Superkuboka görə cəzası AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Futbol Federasiyası aprelin 7-də Şanlıurfada “Qalatasaray”la
oynanılan, lakin “Fənərbağça”nın ikinci dəqiqədə meydanı tərk etməsi ilə yadda
qalan matça görə sonuncuya hansı cəzanın verilməsi ilə bağlı qərarını
müəyyənləşdirib.
Matçın yarımçıq qalması səbəbindən “Fənərbağça”ya 3:0 hesablı texniki
məğlubiyyət verilib.
Komanda TFF-nin bir qədər sonra təyin edəcəyi təzminatla yanaşı, dörd milyon
lirə cərimə də olunub.
Bununla yanaşı, “Fənərbağça” Klubu İdarə Heyətinin üzvü Ahmet Ketenci
komandanı yarışdan kənarlaşdırmaqla idmana uyğun olmayan davranışına görə 60
günlük hüquqi məhrumiyyət və 520 min lirə cərimə edilib.
Eyni yarışmada meydanda baş verən hadisələrə, çirkin şüarlara görə
“Qalatasaray”a 212 min lirə cərimə kəsildiyi bildirilib.
Mənbə: Haber Global