“Fənərbaxça” Avropa Liqası ilə vidalaşdı

Baxış sayı: 4. 637 dəfə baxılıb.

“Fənərbaxça” Avropa Liqası ilə vidalaşdı

 Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin daha 8 cavab görüşü keçirilib.

 Türkiyə təmsilçilərindən “Fənərbağça” Rusiyada “Zenit”in qonağı olub.

Oyun rusiyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça fəal başlayan “Zenit” 4-cü dəqiqədə Məhəmməd Ozdoyevin qolu ilə hesabı açıb. 37-ci dəqiqədə iranlı legioner Sərdar Azmun komandasının ikinci qolunu vurub. Lakin 43-cü dəqiqədə Mehmet Topal fərqi azaldıb. 76-cı dəqiqədə Azmun “dubl” edərək, yekun nəticəni müəyyənləşdirib – 3:1. İstanbuldakı ilk görüşdə “Zenit” 0:1 hesabı ilə uduzmasına baxmayaraq, evdə 2 top fərqi ilə qalib gəldiyi üçün mərhələ adlayıb.

Qalan oyunlara gəldikdə, qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Arsenal” İngiltərədə Belarus BATE-sini darmadağın edərək, ilk görüşdəki minimal hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Əvəzində Portuqaliya “Sportinq”i İspaniyada “Vilyarreal”la qarşılaşmada 1:1 hesablı heç-heçə edib və ilk görüşdə 0:1 hesabı ilə uduzduğu üçün mübarizəni dayandırıb.

1/8 finala qalan vəsiqələrə Almaniyanın “Ayntraxt” (Frankfurt), Avstriyanın “Zaltsburq”, Xorvatiyanın “Dinamo” (Zaqreb), İspaniyanın “Valensiya” və İtaliyanın “Napoli” komandaları sahib çıxıb. Ötən gün bu hüquqa İspaniya “Sevilya”sı yiyələnib.

Qeyd edək ki, son 7 vəsiqənin sahibi bu gecə müəyyənləşəcək.

Avropa Liqası

1/16 final, cavab oyunları

21 fevral

21:55. “Arsenal” (İngiltərə) – BATE (Belarus) – 3:0

Qollar: Zaxar Volkov, 4 (öz qapısına). Şkodran Mustafi, 39. Sokratis Papastatopulos, 60

İlk oyun – 0:1

21:55. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Viktoriya” (Plzen, Çexiya) – 3:0

Qollar: Mislav Orşiç, 15. Emir Dilaver, 34. Bruno Petkoviç, 73

İlk oyun – 1:2

21:55. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Şaxtyor” (Donesk, Ukrayna) – 4:1

Qollar: Luka Yoviç, 23. Sebastyan Haller, 27 (pen.); 80. Ante Rebiç, 88 – Junior Moraeş, 64

İlk oyun – 2:2

21:55. “Napoli” (İtaliya) – “Sürix” (İsveçrə) – 2:0

Qollar: Simone Verdi, 43. Adam Unas, 75İlk oyun – 3:1

21:55. “Zaltsburq” (Avstriya) – “Brügge” (Belçika) – 4:0

Qollar: Ksaver Şlager, 17. Patson Daka, 29; 43. Munas Dabbur, 90+4

Dəqiq yerinə yetirilməyən penalti: Munas Dabbur, 11 (“Zaltsburq”)

İlk oyun – 1:2

21:55. “Valensiya” (İspaniya) – “Seltik” (Şotlandiya) – 1:0

Qollar: Kevin Qameyro, 70.

İlk oyun – 2:0

21:55. “Vilyarreal” (İspaniya) – “Sportinq” (Portuqaliya) – 1:1

Qollar: Pablo Fornals, 80 – Brunu Fernandeş, 45+1

İlk oyun – 1:0

21:55. “Zenit” (Rusiya) – “Fənərbağça” (Türkiyə) – 3:1

Qollar: Məhəmməd Ozdoyev, 4. Sərdar Azmun, 37; 76 – Mehmet Topal, 43

İlk oyun – 0:1