Slovakiya yığmasının və “Fənərbaxça”nın futbolçusu Martin Şkrtel ölümdən dönüb.
ÇıxışYolu.Com xəbər verir ki, mərkəz müdafiəçisi “Kral Kuboku” turnirində Tailandla matçda huşunu itirib.
Matçın 28-ci dəqiqəsində rəqib futbolçu Çanathip Sonqkrasinin zərbəsindən sonra top onun sifətinə dəyib. Dili qatlanan futbolçuya öncə komanda yoldaşları köməklik göstərib. O daha sonra həkimlərin köməyi ilə özünə gəlib və oyuna davam edib.
Qeyd edək ki, bu matçda Slovakiya millisi meydan sahiblərini 3:2 hesabı ilə məğlub edib.
S.T.
www.ÇıxışYolu.Com