“Fənərbaxça”nın məşhur futbolçusu Azərbaycanda işləyə bilər

Baxış sayı: 2. 115 dəfə baxılıb.

“Fənərbaxça”nın məşhur futbolçusu Azərbaycanda işləyə bilər

Azərbaycanın “Sabah” klubu tarixində ilk dəfə ölkə xaricindən baş məşqçi gətirmək istəyir.

“NTV Spor”un xəbərinə görə, Bakı klubunun rəsmiləri bu boşluğu Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Ümit Özatla doldurmaq üçün İstanbula gedib.

Daha əvvəl “Ankaragücü”, “Manisaspor”, “Elazığspor”, “Boluspor”, “Samsunspor”, “Mersin İdman Yurdu”, “Gənçlərbirliği”, “Girəsunspor” klublarını çalışdırmış Ümit Özat bu ayın 3-də “Adana Dəmirspor”dan ayrılıb.

Qeyd edək ki, Azərbaycanın hazırda büdcəsinə görə “Qarabağ” və “Neftçi”dən sonra üçüncü klubu olan “Sabah” cari mövsüm qələbə qazana bilməyib. Komanda hazırda iki xalla sonuncu yerdədir.

Əvvəlcə klub rəhbərliyi baş məşqçi Elşad Əhmədovla yollarını ayırıb. Bu səbəbdən ötən tur “Sumqayıt”la görüşə “Sabah”ın əvəzedici komandasının baş məşqçisi Rövşən Babayev çıxarıb. Bu həftənin əvvəlindən isə klubun Müşahidə Şurasının üzvlərindən olan İqor Ponomaryov komandaya müvəqqəti baş məşqçi təyin olunub.

Səbuhi Musayev