4ece96e0-ae77-49f6-b919-c6b0fa177869..jpg

Fərda Xudaverdiyev: “Əvvəl “hacı” deyəndə müqəddəs torpaqlar, indi isə Şəbnəm yada düşür”

Baxış sayı: 730 dəfə baxılıb.

Fərda Xudaverdiyev: “Əvvəl “hacı” deyəndə müqəddəs torpaqlar, indi isə Şəbnəm
yada düşür”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktyor Fərda Xudaverdiyevin müğənni Şəbnəm Tovuzlu haqda dedikləri ifaçını
əsəbiləşdirib.

Belə ki, Fərda “Xəbər-ətər” proqramında “hacı” mövzusuna toxunub:

“Hacı” deyəndə bir zamanlar hamının ağlına müqəddəs torpaqlar gəlirdi, indi
isə Şəbnəm Tovuzlu gəlir. Bu zarafatı verilişimdə edəcəkdim. İnşallah, Şəbnəmin
xətrinə gəlməz. Şəbnəmin kod adı “hacı”dır. Əgər Şəbnəmlə bundan gözəl zarafat
edən olsa, ondan üzr istəməyə hazıram. Sən mahnı oxuyursan, mən də söz yazıram.
Burada nə var ki?!”

Proqramda yer alan Şəbnəm aktyora “Bu adama nə deyim, dostumdur da. Ona görə
bu dəfə keçirəm. Həddini aşmadan, sərhədini keçmədən zarafat etmək olar, burada
nə var ki? Bunu Coşqun-Rafael də etmişdi. Gülmüşdük. Hər şey normada olanda
incimirəm, zarafatı qəbul edirəm. Amma hər şey qaydasında” cavabını verib.

Source link