ddbc3b5d-46d8-40ce-91e3-1d8db0e207b5..jpg

Fərid Qayıbov dörd ayda gördüyü işlərin hesabatını verdi

Baxış sayı: 2. 697 dəfə baxılıb.

Fərid Qayıbov dörd ayda gördüyü işlərin hesabatını verdi

“Nazir kimi fəaliyyətimin dördüncü ayı ötən ilin sonuna təsadüf etdi. Hesabat
ayında ölkənin Şimal-Qərb və Dağlıq Şirvan bölgəsinə səfər çərçivəsində Qəbələ,
Oğuz, Qax, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Şamaxı, Qobustan Olimpiya
kompleksləri və digər idman qurğularının fəaliyyətləri ilə tanış olduq.
Müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izlədik, idmançılarla
görüşdük, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə
maraqlandıq. Bu idman qurğularının potensialından, xüsusən də üzgüçülük
hovuzlarından səmərəli istifadə imkanlarını müzakirə etdik”.

Cixisyolu.com xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov bildirib.

O, hesabatında 7 sentyabrdan nazir olduğu dövrdə gördüyü işlərdən danışıb:

“Güləş, Badminton, Basketbol, Atıcılıq, Triatlon, Avarçəkmə, Stolüstü Tennis
və Taekvondo federasiyalarının hesabat-seçki yığıncaqları keçirildi.
Federasiyaların işi təhlil edildi, nöqsan və problemlər səsləndirildi, növbəti
dövr üçün məqsəd və vəzifələr müəyyən olundu. Yeni rəhbərlik və seçilmiş idarə
heyətləri ilə birgə regionlarda işin genişləndirilməsi, kütləviliyin
artırılması, nəticələrə əsaslanan fəaliyyətin təşkili barədə müzakirələr
aparıldı.

Stolüstü Tennis və Atçılıq federasiyalarında vəziyyətlə tanış olduq,
Pauerliftinq Federasiyası milli yığma komandasının təlim-məşq bazasının
açılışında iştirak etdik.

Uğur qazanmış idmançılar da diqqət mərkəzindədir – onlar Azərbaycanı layiqincə
təmsil edir, arxasınca onlarla gənci idmanla məşğul olmağa səsləyirlər. Ötən ay
həmçinin şahmat, reqbi, MMA və digər növlər üzrə idmançı və mütəxəssislərlə
görüşlərdə idman potensialımızın imkanlarını müzakirə etdik”.

Fərid Qayıbov keçirdiyi beynəlxalq görüşlərdən də danışıb:

“Beynəlxalq əməkdaşlıq sahəsində də bir sıra görüşlərimiz oldu. Malayziya,
Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri ilə görüşlər keçirdik,
ölkəmizdə səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının və Avropa Şahmat
İttifaqının prezidentlərini, Dünya Etnosport Konfederasiyası və Beynəlxalq
Abilimpiya Federasiyasının nümayəndələrini qəbul etdik.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilməyim ictimai fəaliyyətimdə
daha bir pəncərənin açılması ilə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan Olimpiya Hərəkatına töhfə vermək baxımından da qarşımıza
yeni məqsədlər qoyur”.

Source link