a3faffbd-88b4-4878-8245-7c9527ade1f6.jpg

Fərid Qayıbov: “Federasiyalarla birlikdə yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik”

Baxış sayı: 148 dəfə baxılıb.

“Bu gün Füzulidə əsl bayram ab-havasıdır. Həm şəhərin işğaldan azad olunma
günüdür, həm də beynəlxalq turnir təşkil edilir”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov ilk
dəfə işğaldan azad olunmuş Füzuli şəhərində keçirilən reqata barədə
jurnalistlərə açıqlamasında deyib.

“Daha əvvəl Qarabağ bölgəsində beynəlxalq turnirlər keçirilib. Reqata isə ilk
dəfədir Füzuli şəhərində təşkil olunur. Sevindirici haldır ki, son bir həftə
ərzində Azərbaycanda iki böyük beynəlxalq yarış – “TeamGym” üzrə 15-ci Avropa
çempionatı və “Mingəçevir Reqatası” baş tutur. Bu da ölkəmizdə idmanın
ildən-ilə inkişafının göstəricisidir.

Hər kəs buradadır. Hiss olunur ki, iştirakçılar, izləyicilər xoşbəxtdirlər.
Ümid edirik ki, gələcəkdə bu reqataya qatılan idmançıların sayında artım
olacaq. Bilirsiniz ki, Bakı 2026-ci ildə dünyanın idman paytaxt seçilib.
Federasiyalarla birlikdə yerli və beynəlxalq yarışları keçirməyə davam
edəcəyik”.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinə oktyabrın 18-də
yekun vurulacaq.

Source link