“Artıq dördüncü dəfədir ki, “Qələbə qaçışı”nı təşkil edirik”.
Cixisyolu.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dənizkənarı Milli
Parkda təşkil olunan “Qələbə qaçışı”nda iştirak edən gənclər və idman naziri
Fərid Qayıbov deyib.
O bildirib ki, marafonda iştirakçıların sayı ildən-ilə artır:
“Bu həm də bizə idmanda kütləviliyinin artırılmasında kömək edir. Yarışdan
yığılan vəsait fonda köçürüləcək. Bütün iştirakçılara və media nümayəndələrinə
təşəkkür edirəm. Bizə dəstək olduğunuz üçün çox sağ olun. İndiyə qədər təşkil
olunan bütün qələbə qaçışlarında iştirak etmişəm. Neçənci olduğum vacib deyil,
əsas iştirak etmək və finişə çatmaqdır”.
Anar Həsənov