1716b4dd-c5cd-4ca9-a7d3-393e940fcb2a..jpg

Fərid Qayıbov: “Klubların sayının artırılması istiqamətində işlərin davam edəcəyinə inanıram”

Baxış sayı: 683 dəfə baxılıb.

Fərid Qayıbov: “Klubların sayının artırılması istiqamətində işlərin davam
edəcəyinə inanıram”

“Son dönəmlərdə klubların sayı artırılıb. Bu istiqamətdə işlərin davam
edəcəyinə inanıram”.

Cixisyolu.com xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov AFFA-nın
Hesabat Konfransında deyib.

“Ölkəmizdə idman dövlət siyasətidir. Ölkə başçısı İlham Əliyevin idmana və
futbola sevgisini hamımız bilirdik. İdman üçün yaradılan şəraitdən də hər kəsin
xəbəri var. Nəticələrimiz də var. Futbolda da qeyd olundu. AFFA-nı təbrik
edirəm. Çox gözəl konfrans təşkil olunub. Maraqlı hesabatlar gördük. Bu da son
illərdə görülən işlərin nəticəsidir. AFFA-nın keçmiş baş katibi (Elxan
Məmmədovu nəzərdə tutur – red.) hazırda FIFA-da çalışır. Bu da böyük
nailiyyətdir. İstərdim ki, bizim nümayəndələrimiz daha yüksək postlara
seçilsinlər. İnşallah, bu günləri də görəcəyik.

Futbolçularımızın nəticələri barədə danışdıq. “Qarabağ” klubunu mən də təbrik
edirəm. Güclü Avropa klubları ilə oynayırıq.

Biz AFFA-nın yanındayıq. Klubların sayı artırılıb. İnanıram ki, bu istiqamətdə
işlər davam edəcək. Maddi-texniki baza üzərində birlikdə çalışmalıyıq. Yeni
stadionlar tikilib. Bu istiqamətdə işlər görməyimiz lazımdır. FIFA və UEFA-ya
minnətdarlığımı bildirmək istəyirəm. Onlar ölkəmizdə futbolun inkişafı üçün
dəstək olurlar. Futbol ən populyar idman növüdür. Federasiyanın büdcəsindən də
bu bilinir. Klublarmıza və futbolçularımıza uğurlar arzulayıram”.

Faiq Tahirov

Source link