2c756bc9-b795-4f56-b340-8256f1156134..jpg

Fərid Qayıbov YUNESKO-ya üzv ölkələrin Daimi nümayəndəliklərinin sessiyasında çıxış edib – FOTO

Baxış sayı: 979 dəfə baxılıb.

Fərid Qayıbov YUNESKO-ya üzv ölkələrin Daimi nümayəndəliklərinin sessiyasında
çıxış edib – FOTO

Gənclər və idman naziri, UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə
Hökumətlərarası Komitəsinin sədri Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman üzrə
Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Bakıda keçiriləcək VII Beynəlxalq
Konfransına hazırlıq məqsədilə Fransanın paytaxtı Parisdə UNESCO-ya üzv
ölkələrin Daimi nümayəndəliklərinin iştirakı ilə məlumatlandırma sessiyasında
çıxış edib.

Nazirlikdən verilən məlumata görə, Fərid Qayıbov 100-dək ölkə nümayəndəsinin
qatıldığı iclasın açılışında tədbirə hazırlıq prosesi barədə məlumat verib.

Görüşdə UNESCO Baş direktorunun sosial və humanitar məsələlər üzrə müavini
Qabriela Ramos, eləcə də, xüsusi qonaq qismində dəvət olunmuş tanınmış futbol
veteranı, 1994-cü il dünya kubokunun sahibi Rai Souza Viyera de Oliveyra çıxış
ediblər.

Tədbirdə, həmçinin, VII Beynəlxalq Konfransa hazırlıq, təşkilati məsələlər
barədə, eləcə də, Bakı şəhəri barədə təqdimatlar olub. Sonda Azərbaycanın
YUNESKO-dakı daimi nümayəndəsi, səfir Elman Abdullayev qonaqları maraqlandıran
sualları cavablandırıb.

Qeyd edək ki, Bakıda keçiriləcək VII Beynəlxalq Konfransı 26-29 iyun
aralığında baş tutacaq.

Source link