6ee05254-87d5-4d99-b61d-53c590ca2f25.jpg

Fərid Səfərov: “Xalxal GES-də 86 mindən çox günəş paneli quraşdırılıb”

Baxış sayı: 196 dəfə baxılıb.

“Xalxal Günəş Elektrik Stansiyasından il ərzində 33 milyon kilovat/saat enerji
istehsal olunur”.

Bu fikirləri Cixisyolu.com-a açıqlamasında Naxçıvan Günəş Elektrik Stansiyasının
direktoru Fərid Səfərov deyib.

O bildirib ki, bu stansiya alternativ və bərpa olunan enerji mənbələrində
istehsal gücünün 20 faizini təşkil edir:

“36 hektar sahədə 86 383 ədəd günəş paneli quraşdırılıb.

Hazırda Naxçıvanda 4 GES: Xalxal GES, Şərur GES, Kəngərli GES və Culfa
Külək-Günəş Hibrid Elektrik Stansiyası fəaliyyət göstərir.

Naxçıvanda dünyanın aparıcı enerji şirkətlərindən “Total Energies”, “Czech
Engineering”, “Nobel Energy”, “Masdar”, “ACWA Power”, “China Energy”, “Notus”
ilə günəş enerjisinin layihələrinin reallaşdırılması üçün görüşlər keçirilir.

Bu istiqamət üzrə yol xəritəsi hazırlanır. Bu enerji investisiyalarının hamısı
bərpa olunan və alternativ enerji sektoruna yönəldilib”.

Daha çox foto burada: Photostock.az

Məhərrəm Əliyev

Source link