7c8424af-d960-4e96-9f97-cb678e0becc4..jpg

Fərid Şəfiyev: “Biz Ermənistana ərazi iddiası etmirik”

Baxış sayı: 491 dəfə baxılıb.

Fərid Şəfiyev: “Biz Ermənistana ərazi iddiası etmirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Böyük Qələbənin 3-cü ildönümü: Münaqişədən sonrakı dövrün çağırışları
və imkanları” mövzusunda simpozium keçirilib.

APA xəbər verir ki, tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
(BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xəzər Universitetinin təsisçisi
Hamlet İsaxanlı, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus
nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən Hamlet İsaxanlı ölkəmizin Qarabağdakı
qələbəsini tarixi hadisə adlandırıb:

“Azərbaycan əsrlər boyu müxtəlif müharibələrin və tarixi hadisələrin şahidi
olub. Qarabağ münaqişəsinin yaranması sovet dövrünə gedib çıxır. Həmin dövrdə
Dağlıq Qarabağ adlanan ərazidə separatçı qüvvələrin həyata keçirdiyi siyasət
nəticəsində bizim tarixi torpaqlarımızda adların dəyişdirilməsinin şahidi
olduq. Tarixi adı Xankəndi olan şəhərin adı dəyişdirilib “Stepanakert” edildi
və bu da onu göstərir ki, torpaqlarımızda işğal prosesinin əsası həmin dövrdən
qoyulub. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizin əsas
hədəflərindən biri Qarabağ torpaqlarının işğaldan azad olunması oldu. Prezident
İlham Əliyevinrəhbərliyi altında 3 il bundan qabaq 44 günlük İkinci Qarabağ
müharibəsində qalib gəldik. Bu ilin sentyabrında isə antiterror tədbirləri
keçirərək suverenliyimizi tam şəkildə bərpa etdik”.

Tədbirdə çıxış edən BMTM sədri Fərid Şəfiyev ölkəmizin ərazi bütövlüyü uğrunda
apardığı mübarizənin nəticəsində Qarabağın separatizmdən azad olunmasını
diqqətə çatdırıb:

“Azərbaycan Qarabağın azad olunması üçün böyük çətinliklərdən keçdi, sülh
çağırışları etdi, lakin erməni separatçılarının işğalçı siyasəti bizə
torpaqlarımızı güc yolu ilə azad etməkdən başqa çıxış yolu qoymadı. 44 günlük
müharibədən sonra Azərbaycan dəfələrlə Qarabağdakı qanunsuz silahlı
birləşmələri ərazilərimizi tərk etməyə çağırdı. Çağırışların gözlənilən
nəticəni verməməsi torpaqlarımızda antiterror tədbirləri keçirməyə gətirib
çıxardı. Hazırda postmünaqişə dövründə biz regionda sülh və əmin-amanlığın
təmin olunması üçün addımlar atırıq. Ermənistanla sülh sazişinin bağlanması
üçün şərtlər irəli sürülüb. Tarixə nəzər salanda görürük ki, regionda etnik
təmizləmə siyasəti həyata keçirən bir ölkə var. Bu ölkə Ermənistandır.
Azərbaycanlıların öz qədim torpaqlarından köçürülməsini nəzərdə tuturam.
Qarabağdan könüllü köçən ermənilərin yenidən qayıtması ilə bağlı məsələlər
müzakirə olunur. Belə olan halda ermənilər niyə öz torpaqlarından didərgin
düşmüş azərbaycanlıların doğma yurdlarına qayıtmasından danışmır? Biz
Ermənistana ərazi iddiası etmirik, lakin belə düşünürük ki, əgər sülhə nail
olmaqdan söhbət gedirsə, hər iki tərəfin hüquqları bərabər şəkildə təmin
edilməlidir”.

Source link