c7b60495-6621-44bb-ae18-389add713f11..jpg

Fərid Şəfiyev: “Ermənistan sülhdən danışır, amma Azərbaycana qarşı kampaniya aparır”

Baxış sayı: 404 dəfə baxılıb.

Fərid Şəfiyev: “Ermənistan sülhdən danışır, amma Azərbaycana qarşı kampaniya
aparır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan sülhdən danışır, amma Azərbaycana qarşı kampaniya aparır”.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
(BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsindən sonra ölkənin
xarici siyasətində duran əsas prioritetlərdən danışan sədr bildirib ki, hazırda
bununla bağlı əlavə müzakirələrə ehtiyac var.

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında
vasitəçilik etmək istəyən güc strukturlarının yersiz rəqabəti prosesə mane
olur. Ermənistanla bağlı bir sıra vacib məsələlər – delimitasiya, nəqliyyat
yollarının açılması və s. var. Bu məsələlərin həlli ilə bağlı biz müəyyən
problemlərlə üzləşirik, çünki Ermənistan qeyri-konstruktiv mövqe tutur.
Ermənistan sülhdən danışır, amma media, elmi, hüquqi müstəvidə Azərbaycana
qarşı kampaniya aparır. Təəssüflər olsun ki, ABŞ və Avropada bunu dəstəkləyən
ölkələr var. Buna görə də Azərbaycan bu kampaniyaya qarşı mübarizə
aparmalıdır”, – F.Şəfiyev qeyd edib.

O əlavə edib ki, ABŞ rəsmiləri Azərbaycan və Ermənistan arasında vasitəçiliklə
bağlı açıqlamalar verirlər:

“Biz onların sonuncu bəyanatlarından sonra bu vasitəçiliyi qəbul etməyəcəyik.
Əgər hər hansı bəyanatla mövqelərini təkzib etsələr, o zaman vasitəçiliyi qəbul
edə bilərik. Vasitəçilik missiyasında Böyük Britaniya da rol oynaya bilər.
Digər ölkələrlə müqayisə etsək, Britaniya balanslı mövqedədir. Azərbaycan isə
vasitəçilərin tərəfdarı deyil. Çünki onlar öz gündəlikləri ilə çıxış edirlər.
Eyni zamanda, böyük güclər arasında rəqabət var, bu da imkan vermir ki, hər
hansı vasitəçi öz monopoliyasını saxlasın”.

F.Şəfiyevin sözlərinə görə, digər bir məsələ azərbaycanlıların azad olunmuş
torpaqlara geri qayıtmasıdır:

“Bu, bir tərəfdən, bizim daxili məsələmizdir, digər tərəfdən, xarici siyasətin
tərkib hissəsidir. Gələcəkdə xarici investorları həmin ərazilərə cəlb etmək,
mina məsələsini həll etmək kimi missiya var. Həmçinin, xarici siyasətimizdə
digər məsələlər formalaşıb. Burada türk dövlətləri, Orta Dəhliz kimi məsələlər
prioritetdir”.

Source link