d7584ba8-4b9a-46bf-b8fe-6f0a6a7c33b0..jpg

Fərid Şahbazlı: “Azərbaycan Prezidentinin müsahibəsi dost ölkələri sevindirib, düşmənləri kədərə qərq edib”

Baxış sayı: 648 dəfə baxılıb.

Fərid Şahbazlı: “Azərbaycan Prezidentinin müsahibəsi dost ölkələri sevindirib,
düşmənləri kədərə qərq edib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli
televiziya kanallarına müsahibəsi əslində
proqram xarakterli bir tarixi sənəddir. Çünki burada dövlət başçısı ölkənin
xarici siyasətinin prioritetlərindən tutmuş, iqtisadiyyat, sosial-mədəni
inkişaf, Qarabağ istisadi rayonunda gedən quruculuq işləri də daxil olmaqla
aktual məsələlərin çox geniş bir spektrinə aydınlıq gətirib. Təsadüfi deyil ki,
müsahibə zamanı cənab prezidentin verdiyi mesajlar nəinki Azərbaycanda, həm də
xarici ölkələrdə böyük maraqla qarşılanıb və belə demək mümkünsə, hər kəs
“payına düşəni alıb”: dost ölkələr sevinib, qürur hissi keçirib, dost
olmayanlar isə kədərə qərq olub”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid
Şahbazlı deyib.

Onun sözlərinə görə, xüsusilə, Zəngəzur dəhlizini açmağa tərəddüd edən
Ermənistanın, eyni zamanda onu bu tərəddüdlərə vadar edən Fransa və İran kimi
ölkələrin keyfinə əməlli başlı “soğan doğranıb”. Azərbaycanın mövqeyi qətidir:
“Zəngəzur dəhlizi açılmasa, Ermənistanla sərhədimizi açmayacağıq”. Bu isə o
deməkdir ki, Ermənistan sonsuza qədər bir “dalan dövləti” olaraq qalacaq.

Başqa bir vacib məsələ. Prezident xatırladıb ki, “Ermənistan sülh sazişi
bağlamaq üçün qarant dövlətlərin olmasını istəyir. Biz isə buna ehtiyac
olmadığını hesab edirik”. Bu nə deməkdir? Bu da o deməkdir ki, regionda olmaq
istəyənlərin, və yaxud olub qalmaq istəyənlərin də arzusu ürəyində qalacaq.
Azərbaycanın kiminsə zəmanətinə ehtiyacı yoxdur. Çünki Azərbaycan bir hüquq
dövlətidir və beynəlxalq hüquqa, konvensiyalara, müqavilələrə və öhdəliklərə
riayət etməyi hər kəsdən yaxşı bilir. Əgər belə olmasaydı, ölkəmiz 30 il
ərzində BMT TŞ-nın özünün qəbul etdiyi qətnamələri yerinə yetirməsini
gözləməzdi. Bu baş vermədikdə isə Azərbaycan xalqı özü ədaləti bərpa etməyə
məcbur oldu. Məsələ ilə bağlı cənab prezident bunları deyib:

“Ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz
bərpa etmişik. Halbuki, əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları
bizim bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar,
bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar. Yəni, biz bu
ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq
əldə etmişik. Ona görə bizim zəfərimizin əhəmiyyəti daha önəmlidir”.

Fərid Şahbazlı bildirib ki, dövlət başçısı sözügedən müsahibəsində Azərbaycan
xalqını narahat edən digər aktual məsələləri şərh edib və cəmiyyəti düşündürən
bir çox suallara aydınlıq gətirib: “Həmin suallardan biri də heç şübhəsiz ki,
növbədənkənar prezident seçkisi ilə bağlıdır. Bu seçkinin keçirilməsinə doğan
zərurəti şərh edən cənab Prezident onu yeni dövrün başlanğıcı adlandırıb.
“Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş
ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni
dövrün başlanğıcıdır. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər
ərazilərimizin hər bir yerində keçiriləcək. Azad edilmiş ərazilərdə və
ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır”.
Düşünürük ki, burada əlavə heç bir şərhə və izaha ehtiyac yoxdur”

Siyasi şərhçi qeyd edib ki, ümumiyyətlə Prezidentin sözügedən müsahibəsi son
illər dünyanın ən vacib ölkələrindən birinə çevrilməkdə olan Azərbaycanın həm
xarici siyasət, həm də yaxın gələcək üçün sosial-iqtisadi və mədəni inkişaf
istiqamətlərini müəyyənləşdirən çox mühüm bir sənəddir: “Düşünürük ki, dünya
ölkələri də özlərinin Azərbaycan siyasətində bu sənədin müddəalarını mütləq
nəzərə alacaqlar”.

Source link