Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ lideri Fətullah Gülən çərşənbə və
ya cümə axşamı dəfn ediləcək.
Cixisyolu.com-ın “Haber Global”a istinadla verdiyi məlumata görə, bu barədə FETÖ
işləri üzrə müttəhim olan və Türkiyədən qaçan Adəm Yavuz Arslan məlumat verib.
O, F.Gülənin Pensilvaniyada yerləşən və “Kestane” adlandırılan malikanəsinin
düşərgə ərazisində dəfn ediləcəyini vurğulayıb.
Arslan, Gülənin cənazəsinin Türkiyəyə aparılması kimi bir ehtimalın olmadığını
da əlavə edib.
Qeyd edək ki, “Anadolu” Agentliyi Gülənin öldüyü elan edildikdən sonra
Pensilvaniyadakı evinə gələnlərin sayının artdığı barədə xəbər verib və bununla
əlaqədar görüntülər paylaşıb. FETÖ liderinin son günlərini yaşadığı digər evdə
isə hər hansı bir hərəkət müşahidə edilməyib, ancaq malikanənin həyətində hərbi
kamuflyajlı bir şəxsin təhlükəsizliyi təmin etdiyi görünüb.
Xatırladaq ki, oktyabrın 20-də Türkiyədə terror təşkilatı kimi tanınan
FETÖ-nün lideri Fətullah Gülənvəfat edib
yaşayan 83 yaşlı təşkilat lideri aparıldığıxəstəxanada
ediləcəyi yeri açıqladı
Fətullah Gülənə yaxın mənbə FETÖ liderinin dəfn ediləcəyi yeri açıqladı