fbfe2c66-1fa9-478c-a23b-3b4ee7cd832a.jpg

Fətullah Gülən Pensilvaniyadakı yeni evindən çıxarkən görüntülənib

Baxış sayı: 256 dəfə baxılıb.

FETÖ Terror Təşkilatının lideri Fətullah Gülən 1999-cu ildən bəri yaşadığı
ABŞ-nin Pensilvaniya ştatındakı yeni evindən çıxarkən lentə alınıb.

Cixisyolu.com xəbər verir ki, görüntüləri Türkiyənin “Anadolu” Agentliyi (AA) çəkib.

AA komandası Gülənin FETÖ-nün qərargahı kimi tanınan Saylosburq qəsəbəsindəki
Şabalıd Retreat Mərkəzindən təxminən 12 dəqiqəlik uzaqlıqda yerləşən böyük bir
evdə qaldığını müəyyən edib.

Rəsmi məlumata görə, 2008-ci ildə təxminən 12 sot torpaq üzərində tikilmiş
evin 400 kvadratmetrə yaxın daxili sahəsi var. Dəyəri təxminən 887 min
dollardan 1 milyon dollara qədər olan, tənha meşədə yerləşən ev ətrafına və
girişinə yerləşdirilən təhlükəsizlik kameraları ilə möhkəm mühafizə olunur.

Ev 2023-cü ildə təşkilatın liderlərindən biri olan Cevdet Türkyolu və Gülənin
şəxsi baxımından məsul olduqları bildirilən “Meserret MMC” şirkəti tərəfindən
alınıb. Bu şirkətin onların övladlarına məxsus olduğu iddia edilir.

AA-nın pilotsuz təyyarə ilə havadan fotoşəkilini çəkdiyi evin bağçasında 4
lüks nəqliyyat vasitəsi ilə yanaşı, qar arabası və karavan kimi nəqliyyat
vasitələri də görünüb.

Komanda çəklişlərini davam etdirərkən dəmir darvazadan iki zirehli maşın
çıxıb. Arxada qara rəngli “Mercedes”in ön sərnişin oturacağında əyləşən Gülən
qısa da olsa kameralara tuş gəlib.

İki zirehli maşın sürətlə naməlum istiqamətə doğru hərəkət edərək Güləni
ərazidən uzaqlaşdırıb.

Bölgədə çəkiliş aparılarkən Gülənin qaldığı evdə olan şəxslər polisə müraciət
edib.

AA qrupunun nümayəndələri ilə görüşdən sonra polis Gülənin şəxsi mülkünə
girməmələrini deyib. Polis onu da deyib ki, nəqliyyatın hərəkətdə olduğu yol
kənarında diqqətli olsunlar.

Source link