Azərbaycanın xalq artisti Fəxrəddin Manafov Almaniyada xəstəxanaya yerləşdirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, Fəxrəddin Manafov “Kulis.az”a bildirib ki, hazırda Almaniyada xəstəxanadadır:
“Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur”.
Aktyor bu haqda geniş danışmaq istəmədiyini, lazım gələrsə, mətbuata açıqlama verəcəyini deyib.