8e3ef0e6-3f0e-4c05-afeb-d08d0b5f5f43..jpg

Fəxri adlara görə aylıq təqaüdün məbləği müəyyən edildi – SƏRƏNCAM + FOTO

Baxış sayı: 1. 043 dəfə baxılıb.

Fəxri adlara görə aylıq təqaüdün məbləği müəyyən edildi – SƏRƏNCAM + FOTO

Prezident İlham Əliyev fəxri adlara görə aylıq təqaüdün məbləğinin artırılması
və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az
məlumat yayıb.

Sərəncamla fəxri adlara görə aylıq təqaüdün məbləği 2023-cü il yanvarın 1-dən
xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 manat, əməkdar
elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar
mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən
tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist,
əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar
pilot, əməkdar tibb işçisi üçün 150 manat müəyyən edilib.

Qeyd edək ki, dəyişikliyə qədər fəxri adlara görə aylıq təqaüdün məbləği xalq
yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 180 manat, əməkdar elm
xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar
mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən
tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist,
əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar
pilot, əməkdar tibb işçisi üçün 120 manat idi.

Source link