5d419538-c8ca-4d5e-b82c-75ff87f50d8e..jpg

Fəxri Ağayev beynəlxalq biznes klubda ilin birincisi oldu

Baxış sayı: 504 dəfə baxılıb.

Fəxri Ağayev beynəlxalq biznes klubda ilin birincisi oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fəxri Ağayevin idarəçilik barədə yazdığı məqalə ilin birincisi seçilib.

Peşəkar idarəçi, biznes konsultant və biznes təlimçi Fəxri Ağayev beynəlxalq
iş adamları və idarəçilər cəmiyyətininE-xecutive.ru

portalında ilin ən yaxşı biznes məqaləsinin müəllifi elan olunub.

Cəmiyyət, peşəkar sosial şəbəkə və portal olmaqla onlarla fərqli ölkələrdən
350 mindən çox sahibkar, iş adamı, top menecer və menecerdən ibarətdir.
Menecment, marketinq, karyera, maliyyə və biznes təhsili üzrə nəşrlərin
bazasında 10 minə yaxın məqalə var. Bu mətnlərin 80%-i icma üzvləri tərəfindən
yazılıb.

Bir il ərzində bu portalda Fəxri Ağayevin 7 məqaləsi dərc edilib və məqalələri
böyük firmalarda sahibkarların yaşadıqları vərəsəlik problemi və həlli yolları,
şirkət rəhbərlərinin peşəkar və şəxsi inkişafı, kiçik firmaların böyük
problemlərinin həll edilməsi, şirkətlərdə idarəçiliyin dəyərlər üzərində
qurulması mövzularında olmuşdur.

Birincilik barədə elanda bu cümlə qeyd edilib: Fəxri Ağayev 5-ci ildir ki, ən
yaxşı müəlliflər siyahısına daxil olan yeganə şəxsdir, o, 2019 və 2020-ci
illərdə də ən yaxşılar siyahısında yer alıb. Artıq ikinci ildir ki, o,
reytinqdə birinci yeri tutur.

2023-cu ilin ən yaxşı müəlliflərini müəyyənləşdirərkən E-xecutive.ru
redaksiyası üç meyara diqqət yetirib:

• Müəllifin məqalələrinə baxışların ümumi sayı;

• Müəllifin E-xecutive.ru saytında aktivliyi, yəni yazdığı məqalələrin və
yazılarına olan şərhlərin sayı;

• Müəllifin toxunduğu mövzuların aktuallığı, məqalələrin yeniliyi və praktiki
dəyəri.

Fəxri Ağayev peşəkar idarəçidir və onun tanınan beynəlxalq layihələrindən biri
fərdi mentorluq (müxtəlif ölkələrdən rəhbərlərin və peşəkarların şəxsi, peşəkar
və psixoloji inkişaflarına dəstək göstərən xüsusi hazırlıq proqramı)
layihəsidir.

Source link