ABŞ istehsalı olan F-35 qırıcısının zəif yeri aşkarlanıb.
ÇıxışYolu.Com “National Interest” nəşrinə istinadən xəbər verir ki, təyyarə şimşək qarşısında açizdir.
Məlum olub ki, avqustun əvvəlində ABŞ dəniz piyadaları Korpusu Yaponiyadakı hərbi bazada yerləşən F-35 qırıcıları üçün şimşək əleyhinə xüsusi qurğular istəyib. Bu onunla izah olunub ki, F-35 təyyarələrinin şimşək əleyhinə etibarlı müdafiəsi yoxdur.
Qeyd olunur ki, bu, sözügedən təyyarələrin istehsalında kompozit materiallardan istifadə olunması ilə bağlıdır.
Pentaqonun məlumatına görə, artıq F-35 təyyarələrinin istehsalçısı olan “Lockheed Martin” korporasiyası təyyarələrin elektron beynini şimşək çaxmasından müdafiə edəcək sistemin sınaqlarını keçirir.