Fabio Kapello karyerasını bitirir

Fabio Kapello karyerasını bitirir

Baxış sayı: 2. 910 dəfə baxılıb.

İtaliyanın məşhur məşqçilərindən olan Fabio Kapello karyerasını başa vurub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə 71 yaşlı mütəxəssisin özü açıqlama verib.

O, fəaliyyətini şərhçi kimi davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Kapello daha əvvəl İtaliyanın “Milan”, “Yuventus”, “Roma” və İspaniyanın “Real” klublarında, eləcə də, Rusiya və İngiltərə milli komandalarında baş məşqçi vəzifəsində çalışıb. Onun çalışdırdığı sonuncu klub Çində “Tszyansu Sunin” komandası olub.

O, “Milan”la dörd dəfə, “Roma” ilə bir dəfə İtaliya, “Real”la isə iki dəfə İspaniya çempionluğu qazanıb. “Yuventus”la qazandığı iki çempionluq isə sonradan federasiya qərarı ilə klubun əlindən alınıb. Həmçinin Fabio Kapellonun 1994-cü ildə “Milan”la Çempionlar Liqası və UEFA Superkuboku titulu var. Məhz bu üzdən o, 1993/1994 mövsümündə Avropanın ən yaxşı məşqçisi adına sahib çıxıb.

S.T.
www.ÇıxışYolu.Com