“Facebook” ixtiraçıları smartfon istehsalçıların istifadəçilərin məlumatlarına çıxış imkanı verirdilər.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Nəşrin məlumatlarına görə, sosial şəbəkə Apple, Samsung, Microsoft və digər mobil cihaz istehsalçıları ilə tərəfdaşlıq münasibətləri şəraitində formalaşıb. Bu, məxfiliyin qorunması ilə bağlı yeni narahatlıqlar doğurub.
“Bəyəndim” düyməsi və əlaqələr kitabçası “Facebook”a belə əməliyyatların rahat aparılmasında yardımçı olurdu.
Buna görə smartfon istehsalçıları müştərilərinin şəxsi informasiyalarına daxil ola, onların dostları və digər gizli məlumatlarını əldə edə bilirdilər.
Jurnalistlər bildiriblər ki, apreldəki insidentə baxmayaraq, “Facebook” bir çox tərəfdaşlıq əlaqələrini hələ də saxlayır.
Sosial şəbəkə nümayəndələri bildiriblər ki, onların istehsalçılarla razılaşmaları sazişlərlə tənzimlənir. Bu sazişlərdə şəxsi məlumatların istifadəsi qadağan olunub. Onlar həmçinin istifadəçilərin şəxsi məlumatlarının və fotolarının cihazlarda qaldığını bildiriblər.