“Facebook” qalmaqalına görə analitik şirkət bağlandı

“Facebook” qalmaqalına görə analitik şirkət bağlandı

Baxış sayı: 3. 151 dəfə baxılıb.

Britaniyanın “Cambridge Analytica” analitik şirkəti “Facebook”dan məlumatların sızması ilə bağlı qalmaqalın böyüməsindən sonra fəaliyyətini dayandırmaq qərarına gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Britaniya şirkəti ABŞ-da prezident seçkiləri ilə bağlı analitik məlumat toplamaq məqsədi ilə sosial şəbəkədə 87 milyona yaxın istifadəçinin şəxsi məlumatlarından icazəsiz istifadə edib.

Şirkət siyasi müştərilərin sifarişi əsasında insanların şəxsi məlumatlarına qanunsuz yolla yiyələnməkdə ittiham olunur.

.
www.ÇıxışYolu.Com