window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
“Facebook” şirkəti Manhettendə 92,9 min kv.m sahəsi olan ofis icarəyə götürməklə bağlı danışıqlar aparır.
Bu barədə “The Wall Street Journal ” qəzeti öz mənbəyinə istinadla xəbər verir.
Söhbət Manhettendə Hadson-Yard 50 ünvanında yerləşən hazırda tikilməkdə olan göydələndən gedir. Tərəflər razılığa gələ bildiyi təqdirdə, “Facebook” özünün Nyu-York ştatında yerləşən bir neçə şöbəsini bir ofisdə birləşdirəcək.
Gələcək göydələndə artıq “WarnerMedia” holdinqi və “KKR & Co” investisiya şirkəti ofislər rezerv ediblər.
Qeyd edək ki, layihənin tikintisinə cari ilin mart ayında başlanılıb.