Faciə ilə xatırlanan Xocalının doğma övladları AzTV-yə danışdılar: Müjdəni
Prezidentdən aldılar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Faciə ilə xatırlanan Xocalının doğma övladları yurdlarına qayıtmağı
səbirsizliklə gözləyirlər.
AzTV-yə danışan Əbdülovlar ailəsi bildirib ki, ailə başçıları Xocalı həsrəti
ilə dünyadan köçüblər, qonşuları şəhid olublar. Xocalıya qayıdış ağrılı olsa
da, o günü səbirsizliklə gözləyirlər.
Yeganə Əbdülova deyir ki, ilk köç müjdəsini Ali Baş Komandan İlham Əliyevdən
alıb:
“Biz artıq Xocalıya qayıdış üçün imza atmışıq”.
Ailənin tək övladı Anar Əbdülovun Xocalıdan çıxanda 9 yaşı olub. Hazırda o,
tarix müəllimi kimi Xocalı məktəbində dərs deyir. Bu mənada Xocalıya qayıdış
onun üçün daha məsuliyyətlidir.
Ətraflı videonu təqdim edirik: