Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ispanlara qarşı matçda (DÇ-2018) het-trik etdikdən dərhal sonra Madeyra aeroportuna onun yeni heykəli qoyulub.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Ren TV” məlumat yayıb.
Yeni heykəli yaradan sənətkar ispaniyalıdır. Bundan əvvəl hava limanında çoxlarının “eybəcər” adlandırdığı başqa bir büst dururdu.
Sosial şəbəkələrdə və yerli KİV-də həmin əsərin məsxərə obyektinə çevrilməsindən sonra heykəltəraş Emmanuel Santos dünyanın ən tanınan sənətkarlarından bir olmuşdu.
Yeni heykəl əvvəlki ilə müqayisədə futbolçuya daha çox bənzəsə də, portuqaliyalı azarkeşlər “eybəcər Ronaldu”nun aeroportdan kənarlaşdırılmasından hiddətlənib.
Artıq sosial şəbəkədə büstün yerinə qaytarılması ilə bağlı petisiya hazırlanıb. Petisiyaya əsasən, həmin heykəl sayəsində Madeyra aeroportu ölkənin əsas gəzməli-görməli yerlərindən birinə çevrilib və onun dəyişdirilməsi yolverilməzdir.