e605e89a-3aaa-42ab-bd1e-8a9aa7707d3d..jpg

FAO Azərbaycan ofisinin Naxçıvan bölməsinin yaradılması nəzərdə tutulur

Baxış sayı: 563 dəfə baxılıb.

FAO Azərbaycan ofisinin Naxçıvan bölməsinin yaradılması nəzərdə tutulur

Növbəti ildən başlayaraq FAO Azərbaycan ofisinin Naxçıvan bölməsinin
yaradılması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı ofisinin idarəetmə
mütəxəssisi Namiq Məmmədov jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Naxçıvan kənd təsərrüfatı məhsulları istehsalı baxımından
Azərbaycanın ən cəlbedici bölgələrindən biridir:

“FAO Azərbaycan ofisi olaraq da biz muxtar respublikada kənd təsərrüfatı
korperativlərinin yaradılmasında, gənc və qadın fermerlərin təşəbbüslərinin
dəstəklənməsində gələcəkdə liderlik rolunu oynamaq istəyirik. Burada bir sıra
layihələr həyata keçirməyi planlaşdırırıq. Ümid edirik ki, bu layihələr digər
regionlarımızda keçirilən layihələr kimi uğurlu olacaq, bölgənin fermer
təsərrüfatına, xüsusilə də kiçik və orta səviyyəli fermerlərin inkişafına təkan
verəcək”.

Source link