Farer adaları Azərbaycan millisinə qarşı heyətini açıqladı

Baxış sayı: 3. 541 dəfə baxılıb.

Farer adaları Azərbaycan millisinə qarşı heyətini açıqladı

Farer adaları UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Azərbaycan millisi və 14-də Kosovo ilə baş tutacaq matçlar üçün heyətini açıqlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, danimarkalı baş məşqçi Lars Olsenin açıqladığı 23 nəfərlik heyətdə Farer adalarının məxsus olduğu Danimarka da daxil olmaqla, İslandiya, Norveç və Almaniyadan 12 legioner var.  

Qapıçılar: Qunar Nilsen (FH, İslandiya), Teytur Matras Qestson (HB), Kristian Yönsen (Kİ);

Müdafiəçilər: Atli Qreqersen, Qunar Vatnhamar (hər ikisi “Vikinqur”), Odmar Ferö, Aleks Melemqaard (hər ikisi B36), Vilyormur Davidsen (“Veyle”, Danimarka), Yoqvan Roy Davidsen, Maqnus Eqilson (hər ikisi HB), Soni Raqnar Natestad (“Horsens”, Danimarka), Heyni Vatnsdal (“Fremad Amaqer”, Danimarka); 

Yarımmüdafiəçilər: Kay Leo i Bartalstovu (İBV, İslandiya), Qili Rolantson Sörensen (“Bran”, Norveç), Rene Şaki Yönsen (“Qrindavik”, İslandiya), Trondur Yensen (HB), Pol Yohanus Yustinusen (NSİ), Halur Hanson (“Horsens”, Danimarka), Brandur Hendrikson Olsen (FH, İslandiya), Reqvi Baldvinson (“Brüne”, Norveç);

Hücumçular: Finur Yustinusen (“Nestved”, Danimarka), Yoan Simun Edmundson (“Arminiya”, Almaniya), Klemint Andrason Olsen (NSİ).

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com