bbefbe26-a81e-45cf-b5ef-5a39d1a206ae..jpg

Fariz Nəcəfov: “Qəbələ”nin meydandan kənarda heç bir problemi yoxdur”

Baxış sayı: 481 dəfə baxılıb.

Fariz Nəcəfov: “Qəbələ”nin meydandan kənarda heç bir problemi yoxdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Komandada uğursuzluq varsa, bu gün autsayderdisə, uğursuzluğu “komanda
oynayır”, “bəxtimiz gətirmədi” kimi amillərin üstünə atmağı düzgün hesab
etmirəm. Səhvlərimiz var, istər müdafiədə, istərsə də hücumda – bunun artıq heç
bir fərqi yoxdur. Komandanın səhvi var ki, uduzur”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin prezidenti Fariz
Nəcəfov deyib.

Klub rəhbəri qeyd edib ki, komandada nə problem varsa, o da meydandadır:

“Oyun alınmır deyə bu gün “Qəbələ” autsayderdir. Yəni uğursuzluğa səbəb var.
Daha çox çalışmaq lazımdır. Komandanın nə çətinliyi varsa, meydandadır.
“Qəbələ”nin meydandan kənarda heç bir problemi yoxdur. Vəziyyət əvvəlkindən də
yaxşıdır”.

F.Nəcəfov bir müddət əvvəl baş məşqçi Elmar Baxşıyevin komandanın toparlanması
ilə bağlı səsləndirdiyi fikirlərin yanlış anlaşıldığını bildirib:

“Elmar müəllimlə bu barədə söhbətimiz oldu. O qeyd etdi ki, fikirləri yanlış
anlaşılıb. Komanda məşqçili, futbolçulu toparlanmalı və bu vəziyyətdən
çıxmalıdır”.

Fariz Nəcəfov çempionatda yaranan fasilə müddətində komanda üzvləri ilə
həmişəkindən də tez-tez görüşəcəyini vurğulayıb:

“Hazırkı məqamda qış fasiləsinə qədər dəyişəcək nəsə yoxdur. Heyətimiz geniş
deyil, 2-3 futbolçu zədə və ya cəza səbəbindən meydana çıxa bilməyəndə artıq
məşqçilər korpusu çətinliklə üzləşir. Amma dediyim kimi, hazırkı məqamda edəcək
bir şey yoxdur. Öz üslubumuzda oynayaraq vəziyyəti dəyişməliyik. Komandada
konkret nəyin çatışmadığını heç kim tapa bilmir. Onu tapsaydıq, hər şey
düzəlmişdi. Mən də daim komanda üzvləri ilə görüşürəm. Fasilə müddətində
həmişəkindən də tez-tez görüşəcəyəm. Ən qısa zamanda vəziyyəti dəyişməliyik”.

Source link