97bd1a6f-5d17-444b-bbfc-9a6d8ae8e466..jpg

“Faşist Njdenin təbliği Ermənistanı nicata yox, uçuruma aparır” – ŞƏRH + FOTO

Baxış sayı: 636 dəfə baxılıb.

“Faşist Njdenin təbliği Ermənistanı nicata yox, uçuruma aparır” – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ermənistanla münasibətlərin normallaşmasına, qarşılıqlı etimad
mühitinin yaranmasına mane olan bir neçə amil var. Məhz həmin səbəblər sülh
sazişinin hazırlanmasına və imzalanmasına mane olur. Bu amillərdən biri də
Ermənistanda faşizmin təbliğidir. Belə ki, bütün həyatı türklüklə mübarizə ilə
keçən, onlarla cinayət törədən, faşist Qaragin Njde bu gün Ermənistanda “milli
qəhrəman” kimi tanınır. Onun şərəfinə müxtəlif tədbirlər keçilir.

Belə tədbirlərdən biri də ötən gün baş tutub. Belə ki, erməni gənclər
tsexakronizmin (erməni xalqının yer üzündəki bütün nümayəndə və qruplarının
hərbiləşdirilməsi yolu ilə vahid ərazi və dövlətdə birləşdirilməsi ideyası –
red) banisi, faşist Q.Njdenin İrəvandakı abidəsinin qarşısına toplaşıblar. Bu,
birbaşa olaraq faşizmin təbliği deməkdir. Bu gün Ermənistanın paytaxtı İrəvan
şəhərində və digər yerlərində bu faşistin heykəli var.

Q.Njdenin heykəlinin sökülməsi uzun müddət elə Ermənistan daxilində də
müzakirələrə səbəb olub. Müxtəlif siyasətçilər, o cümlədən nazirlər heykəlin
sökülməsini tələb ediblər. Ermənistan daxilindəki ağıllı adamlar başa düşürlər
ki, Q.Njdenin və faşizm ideologiyasının bu qədər təbliğ edilməsi ölkələrinin
xarici siyasətinə, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərin
normallaşmasına əngəl yaradır.

Yada salaq ki, Q.Njde ömrü boyu türklüyə qarşı vuruşub, Fransada, ABŞ-də,
Rusiyada, Türkiyədə, İranda, Azərbaycanda, Bolqarıstanda, Makedoniyada və
Serbiyada türk qanı axıtmaqdan həzz alıb, hər yerdə Türkiyəni düşmən bilib.
Bunu özü də 1954-cü il fevralın 26-da cəza çəkdiyi Vladimir həbsxanasından SSRİ
Ali Soveti Rəyasət Heyətinin sədri K.Y.Voroşilova ünvanladığı əfvlə bağlı
yazdığı ərizədə də qeyd edib: “Mənim ömrüm xalqların və mədəniyyətlərin tarixi
düşməni feodal Türkiyəsinə qarşı mübarizədə keçib”.

Arxiv materialları təkzibolunmaz faktlarla sübut edir ki, yaşadığı hər yerdə
ondan türklərə qarşı bir alət kimi istifadə edilib. Məsələn, hələ I Dünya
müharibəsi başlayanda çar hökuməti Njdeni bir şərtlə əfv edir ki, o, Osmanlı
dövlətinə qarşı fəaliyyət göstərsin. Ermənilərin fəxri olan Njde bu barədə
yazıb:

“Dünya müharibəsi ərəfəsində Türkiyəyə qarşı vuruşmaq şərtilə çar hökuməti
tərəfindən əfv olunaraq geri qayıtdım. Njde I Dünya müharibəsində Osmanlı
dövlətinə qarşı “şücaət”lə vuruşduğunu gizlətməkdən çəkinməyib.

İranda və Fransada qaçıb gizlənən, daha sonra erməni lobbisinin köməyi ilə
ABŞ-yə gedən Njde heç vaxt türklərə olan nifrətini gizlətməmişdi. Daha sonra
maraqlı qüvvələrin yardımı ilə Bolqarıstanda vətəndaşlıq statusu qazanan, orada
da daim türklərə qarşı terrorçuluq edən Njde II Dünya müharibəsi ərəfəsində
könüllü şəkildə faşistlərə xidmət göstərməyə girişdi. Erməni lobbisinin yardımı
ilə özünün uydurduğu “tsexakronutyun” ideyası haqqında Adolf Hitlerə məlumat
verdi. Bu ideyaya görə, ermənilər ari irqə mənsubdurlar və tarixi ərazilərinin
bərpasında dünya dövlətləri onlara yardım etməlidir. SSRİ-nin, İranın və
Türkiyənin ərazisində mifik böyük erməni dövlətinin yaranacağı xəyalı ilə Njde
II Dünya müharibəsində SS (Schutzstaffel) qoşunlarında (Waffen SS) erməni hərbi
fərarilərindən və əsirlərindən ibarət xüsusi könüllülər dəstəsi təşkil edib.
Onun ideyası və təşəbbüsü ilə 1942-ci ilin yayında “Gertruda” kod adıyla
Bolqarıstan və Almaniyanın bərabər şəkildə Türkiyəyə hücum planı müzakirə
edilib hazırlanmışdı (Mənbə: Kurt Mehner. Germany. Oberkommando der Wehrmacht,
Bundesarchiv, 1944, s.51). Amma hadisələrin gedişi Njdenin arzularını ürəyində
qoydu. Xeyli müddət təkəbbürlə mundirində “SS devizi” (“Meine ehre heißt treue
– Şərəfim sədaqətimdir”) daşıyan Njde rastlaşdığı ilk çətinlikdə çox asanlıqla
almanlara verdiyi sözü, vədi, içdiyi andı unutdu.

Bir məsələni də xüsusi qeyd edək ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan
verilməməsi barədə ilk dəfə beynəlxalq təşkilatlar, ölkələr qarşısında məsələ
qaldıran dövlət başçısı Azərbaycan Prezidentiİlham Əliyev olub.
Xatirinizdədirsə, Prezident İlham Əliyev cəllad Njde ilə bağlı MDB Zirvə
görüşlərindən birində çıxışında məsələ qaldıraraq demişdi:

“Njdeyə Ermənistanın paytaxtında – İrəvanda qoyulan abidə faşizmin
təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub.
Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi
zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde
faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun
qəhrəmanlaşdırılması gedir”.

Dövlət başçısının da qeyd etdiyi kimi, faşizmin baş qaldırmasına yol vermək
olmaz. Çünki bu, dünyanı uçuruma aparır.

Bu qədər “zəngin” keçmişi olan Q.Njdenin heykəlinin sökülməsi Ermənistan
daxilində narazılıqlara, hətta ola bilsin, vətəndaş müharibəsinə səbəb ola
bilər. Odur ki, Ermənistan hakimiyyəti siyasi iradə göstərməlidir. Onun faşizm
ideologiyasının təbliği Ermənistanı nicata aparmır. Əksinə, uçuruma sürükləyir.

“Report” İnformasiya Agentliyi

Source link