aa731e70-67ca-4031-895d-41d2b5f150a5..jpg

“Faşist təfəkkürlü insanlara qarşı dəmir yumruq tək birləşib, tariximizi olduğu kimi yazmalıyıq” – FOTO

Baxış sayı: 1. 025 dəfə baxılıb.

“Faşist təfəkkürlü insanlara qarşı dəmir yumruq tək birləşib, tariximizi
olduğu kimi yazmalıyıq” – FOTO

“Bütün dünyaya bəllidir ki, Ermənistan təkcə Azərbaycanın torpaqlarını işğal
etmədi. Bu işğal nəticəsində bir milyon qaçqın, 10 minlərlə yaralı, minlərlə
şəhidimiz oldu. Düşmən bununla da kifayətlənmədi. İşğal etdiyi ərazilərdə
tarixi və dini abidələrimizi də məhv etdi”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov
deyib.

Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü mədəni, tarixi, dini
abidələrin məhvi ilə də yadda qalıb. Lakin Ermənistan hər zaman olduğu kimi bu
faktları təhrif etməyə çalışıb. Ermənilərin vandallıqları göz önündədir. Onlar
məqsədli şəkildə islam mədəniyyətinə aid bütün izləri silməyə çalışıblar. Bu
məqsədlə 192 ziyarətgah, 65 məscid dağıdılıb.

Deputatın sözlərinə görə, bir neçə gün öncə Münhen konfransında Ermənistanın
Baş naziri tarixi abidələrimizin dağıdılmasını Sovet dövrü ilə əlaqələndirib:

“Bu, gülünc iddiadır. Sovet dövründə bizim Bibiheybət məscidimiz məhv
edilmişdi. Lakin sonradan yenidən bərpa etdik. Qarabağ deyilən ərazidə 1990-cı
ildən sonra yəni Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın
Azərbaycana ərazi iddiaları, təcavüzü başladı. Məhv edilən abidələr həmin dövrə
aiddir”.

A.İsgəndərov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında qonşuluq
münasibəti yaranacaq, lakin törətdikləri vəhşilikləri unutmamalıyıq:

“Bu gün Qarabağa gələn hər bir vicdanlı insan bu səhnənin şahidi olur.
Ağdamdan əsər-əlamət qalmayıb. Bunu erməni edib. Qarabağın digər bölgələrində
də salamat məscid, məktəb, ev qalmayıb. Bu vandalizmin bariz nümunəsidir.

Bu gün biz qalib dövlətik. Tarix yaddan çıxmamalıdır. Unutqanlıq faciədir.
Ermənistanla gələcəkdə diplomatik münasibətlər həll olunacaq. Xalq olaraq
ermənilərin bizə qarşı törətdiyi 1905-06, 1918-20, 1948-51, 1988-ci ildən sonra
başımıza gətirilən müsibətləri unutmamalıyıq. Biz faşist təfəkkürlü insanlara
qarşı dəmir yumruq tək birləşib, tariximizi olduğu kimi yazmalıyıq”.

Nəzrin Vahid

Source link