Fatih Terim Azərbaycan millisinin baş məşqçisi olacaq?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim
Azərbaycan millisinə rəhbərlik edə bilər.
“FutbolPress”in məlumatına görə, 70 yaşlı mütəxəssis menecerlər vasitəsilə
AFFA-ya təklif olunub. Qurum Terimin namizədliyini nəzərdən keçirir, ancaq
qərar verməyə tələsmir.
AFFA-nın baş katibi Sərxan Hacıyev daha əvvəl açıqlamasında milliyə
Azərbaycan mentalitetinə uyğun məşqçi gətirmək istədiklərini bildirib. AFFA
İcraiyyə Komitəsi bu posta namizəd yerli və əcnəbi məşqçilərin siyahısını
hazırladıqdan sonra yekun qərarı verəcək.
Terim 2022-ci ilin yanvarından işsizdir. Mütəxəssis 1999/2000 mövsümündə
“Qalatasaray”la UEFA Kubokunu qazanıb. O, “sarı-qırmızılar”la 8 dəfə Super
Liqada, 3 dəfə Türkiyə kubokunda, 4 dəfə də Türkiyə Superkubokunda qalib olub.
1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə ölkəsinin millisinə rəhbərlik
edən Terim İtaliyada “Milan” və “Fiorentina”da da işləyib.