Fatih Terim yeni klubu “Panatinaikos”a ilk transferini etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yunanıstanın “Panatinaikos” klubunun başına keçən türkiyəli baş məşqçi Fatih
Terim ilk transferini Super Liqadan edib.
Terim “Trabzonspor”da çıxış edən yunan yarımmüdafiəçi Anastasios Bakasetası
klubun heyətinə qatmaq niyyətindədir və “Panatinaikos” bununla bağlı hərəkətə
keçib.
“Panatinaikos”un 30 yaşlı təcrübəli futbolçuya bonuslarla birlikdə illik 2
milyon avro təklif edəcəyi bildirilir.
“Trabzonspor”la müqaviləsi mövsümün sonunda başa çatacaq Bakasetasın
müqavilənin uzadılması ilə bağlı təklifləri rədd etdiyi və klubdan ayrılmaq
qərarına gəldiyi iddia edilir.
Futbolçunu boşu-boşuna itirmək istəməyən “Trabzonspor”un isə təxminən 1 milyon
avro müqabilində təklifə “hə” deyəcəyi ehtimal edilir.
Mənbə: Haber Global