Fatih Terimin bank hesabları araşdırılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə prokurorluğu məşhur futbol funksioneri Fatih Terimin bank hesabı
əməliyyatlarının araşdırılmasını istəyir.
Bu, “Denizbank”ın əməkdaşı Seçil Erzanın başda futbol dünyasının tanınmış
simaları olmaqla, 19 nəfərə qarşı külli miqdarda dələduzluq işi üzrə tələb
olunur.
Saxlanılaraq mühakimə olunan Erzanın yüksək qazanc vədilə və Terimin adından
istifadə etməklə milyonlarla dollarlıq dələduzluq etdiyi bildirilir.
Prokurorluğun iddialara görə, Terim də digər futbolçular kimi sözügedən saxta
fonda pul yatırıb və aldadılıb. İddiaları rədd edən Terim, bu fonda pul
yatırmadığını və heç bir qazanc əldə etmədiyini deyir.
Terim iyunun 2-də prokurorluğa verdiyi ifadəsində dələduzluq baş verən zaman
“Denizbank”dan bütün pullarını çıxardığını, lakin bank tərəfindən ona 3 milyon
dollar göndərilmədiyini iddia edib. O, buna görə məsuliyyət daşıdığını
düşündüyü Seçil Erzan adlı bank işçisindən şikayətçi olduğunu açıqlayıb.
Erzandan şikayətçi olmasına baxmayaraq, Terim dələduzluq işində şikayətçilər
arasında deyil. Terimin şikayəti ilə bağlı ayrıca araşdırma aparılır, əlavə
ittiham aktının hazırlanıb-hazırlanmayacağına isə prokurorluq qərar verəcək.
Mənbə: dw.com