c12cf01d-cac1-40f4-a405-b192d1e93924..jpg

Fatimə-Nazilə davası davam edir: Rəqqasə axtarışa verilə bilər

Baxış sayı: 588 dəfə baxılıb.

Fatimə-Nazilə davası davam edir: Rəqqasə axtarışa verilə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rəqqasə Fatimə Fətəliyeva barəsində olan məhkəmə qərarını icra etməkdən boyun
qaçırır”.

Bunu “Qaynarinfo”ya açıqlamasında şairə Nazilə Səfərlinin vəkili Fuad Bədəlov
deyib. O bildirib ki, bu səbəbdən rəqasə Fatimənin axtarışa verilməsi ilə bağlı
icra orqanlarına müraciət olunub:

“Məhkəmə qərarı tam icra olunmayıb. İcra tədbirləri görülüb, sadəcə icra
olunmayıb. İcra müddəti başa çatıb, artıq barəsində tədbirlər görüləcək. Əgər
icra məmuru hansısa icra tədbirləri düzgün görməyibsə, barəsidə şikayət
verilir, yox borclu yayınırsa, borclu barəsində axtarış verilir. Rəqqasə Fatimə
barəsində axtarış verilib, məcburi icra tədbirlərinin görülməsi ilə bağlı
müraciət olunub”.

Məsələ ilə bağlı Fatimə Fətəliyeva ilə əlaqə saxlanılıb. Lakin rəqqasə bu
barədə danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, şairə Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyeva arasında gedən
məhkəmə birincinin xeyrinə başa çatıb. Nərimanov Rayon Məhkəməsində Mehriban
Əfəndizadənin sədrliyi ilə keçirilən məhkəmədə iddiaçı Nazilə Səfərlinin
ərizəsində bildirilib ki, o, səbəbsiz yerə Fatimə Fətəliyeva tərəfindən təhqir
edilib.

Məhkəmə zamanı “şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi,
mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qismən təmin olunub. Qətnamədə
Fətəliyevanın elə eyni hesabdan işlətdiyi ifadələrə görə video şəklində təkzib
verməsi tələb olunub.

Xatırladaq ki, Fatimə Fətəliyeva sosial şəbəkənin canlı yayımında “Mənim
ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını
yum, otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama, ərəb rəqsi
üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan, yadına
sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm”, – deyib.

Source link