Fatimə tələbələri ilə AXC-nin 100 illiyini qeyd etdi – FOTO

Fatimə tələbələri ilə AXC-nin 100 illiyini qeyd etdi – FOTO

Baxış sayı: 4. 206 dəfə baxılıb.

Rəqqasə Fatimə Fətəliyeva rəhbəri olduğu rəqs məktəbinin tələbələrini bir araya toplayaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı təşkil edib.

ÇıxışYolu.Com xəbər verir ki, Rəşid Behbudov adına Mahnı Teatrında baş tutan tədbir tanınmış aparıcı Könül Muxtarovanın səhnəyə çıxaraq zalda əyləşən qonaqları salamlaması ilə başlayıb.

O, daha sonra tədbirin təşkilatçısı, rəqs məktəbinin rəhbəri F.Fətəliyevanı səhnəyə dəvət edib.

Fatimə Fətəliyeva həyəcanlı olduğunu və hər kəsdən dəstək gözlədiyini bildirib:

“Bildiyiniz kimi, 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Elə konsertimizin adı da “Birlik”dir. Bu gözəl günə sevərək qoşulmuşam. Bu gün buraada mənə ən yaxın insanlar toplaşıb. “Banu” rəqs məktəbi artıq illərdir ki, öz işinin peşəkarıdır. Biz pillə-pillə böyüyərək çox uğurlar qazanmışıq. Bu da sayını itirdiyim növbəti konsertlərdən biridir. Sevinirəm ki, balaca canımla nələrsə edə bilirəm”.

Fatimə Fətəliyevanın çıxışından sonra məktəbin tələbələri Azərbaycan və müxtəlif ölkələrin rəqsləri ilə səhnədə məharətlərini göstəriblər.

Tədbirdə rəqqasənin həmkarları İlham Kərimli və Renka da iştirak edib.

.
www.ÇıxışYolu.Com