Fazil Mustafadan Sərdar Cəlaloğlunun konfederasiya təklifinə – REAKSİYA

Fazil Mustafadan Sərdar Cəlaloğlunun konfederasiya təklifinə – REAKSİYA

Baxış sayı: 2. 954 dəfə baxılıb.

İndiki şəraitdə Türkiyə-Azərbaycan konfederasiyası məsələsini aktuallaşdırmaq üçün Rusiya və İranın bölgə üzərində mövqelərinin zəifləməsi, Türkiyənin isə ciddi bölgəsəl gücə çevrilməsi şərtləri doğmalıdır.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili, BQP başqanı Fazil Mustafa Rumıniyanın Moldovaya birləşmə təklifindən sonra Türkiyə-Azərbaycan konfederasiyası məsələsinin də yenidən gündəmə gəlməsinə, prezidentliyə namizədlərdən biri – ADP baş katibi Sərdar Cəlaloğlunun dünənki teledebatda  səsləndirdiyi “Artıq tək millət-tək dövlət olmalıyıq. Türkiyə-Azərbaycan konfederasiyası yaranmalıdır. Prezident olsam, bunu reallaşdıracam” sözlərinə münasibətini bildirərkən deyib.

F. Mustafa deyib ki, Rumıniyanın bu qərarı ilə Türkiyə-Azərbaycan münasibətləri arasında anologiya aparmaq doğru deyil. 

Onun sözlərinə görə, Moldova Rumıniyanın tərkibindən işğal nəticəsində ayrılmış dövlətdir, Azərbaycan isə müstəqilliyini Türkiyənin köməyi ilə qazanmış, sonradan Rusiyanın işğalına məruz qalmış bir ölkədir. 

“Bizdə ən realı konfederasiya modelidir, lakin indiki şəraitdə bunu aktuallaşdırmaq üçün Rusiya və İranın bölgə üzərində mövqelərinin zəifləməsi, Türkiyənin isə ciddi bölgəsəl gücə çevrilməsi şərtləri doğmalıdır.

Əks halda bunu gerçəkləşdirmək ciddi maneələrlə üzləşə bilər”, – deyə F.Mustafa əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com