Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər
MSK-ya təqdim edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın prezidentliyə namizədliyinin
irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.
Fazil Mustafa “Report”a açıqlamasında bildirib ki, sənədlər bu gün MSK-ya
təqdim edilib.
Qeyd edək ki, dekabrın 16-da Böyük Quruluş Partiyasının Ali Məclisi partiya
sədri Fazil Mustafanın prezidentliyə namizədliyini irəli sürüb.
Xatırladaq ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident
seçkiləri keçiriləcək.