5f75eb1c-d8a8-494c-aacc-4ff171050d11..jpg

Fazil Mustafanın qardaşı: “Ərazidə olan təhlükəsizlik kameralarına baxa bilmədik” – VİDEO

Baxış sayı: 911 dəfə baxılıb.

Fazil Mustafanın qardaşı: “Ərazidə olan təhlükəsizlik kameralarına baxa
bilmədik” – VİDEO

“Fazil Mustafanın vəziyyəti çox yaxşıdır. Yəqin ki, iki günə evə buraxılacaq”.

Bunu jurnalistlərə açıqlamasında silahlı hücuma məruz qalan millət vəkili
Fazil Mustafanın qardaşı Azər Mustafayev deyib.

O qeyd edib ki, qardaşına 7 dəfə atəş açılıb, güllələrdən ikisi ona dəyib.

“Ailə üzvləri hadisə baş verəndə evdə olub. Yaralı vəziyyətdə evə girib, daha
sonra təcili yardıma və polisə məlumat verilib. Biz ərazidə olan təhlükəsiz
kameralarına baxa bilmədik. Elə həmin gün kameralar hüquq-mühafizə orqanları
tərəfindən araşdırma məqsədilə aparılıb”, – deyə A.Mustafayev əlavə edib.


Source link