f43f0ee1-75db-4c5d-86c6-9eccb4ab2087..jpg

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Baxış sayı: 732 dəfə baxılıb.

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayəti ilə bağlı bu günə təyin edilmiş
məhkəmə prosesi keçirilməyib.

“Qafqazinfo”nun məlumatına görə, buna səbəb cinayət işini araşdıran
hakimlərdən birinin – Kamran Muxtarovun səhhətinin qəfil pisləşməsi olub. Belə
ki, hakimin təzyiqi yüksəlib, məhkəməyə təcili yardım briqadası çağırılıb.

Həkim müayinəsindən sonra hakimin hələlik işini davam etdirməsi məqbul hesab
olunmayıb.

Məhkəməyə sədrlik edən hakim Elnur Nuriyev prosesin gələn həftəyə kimi təxirə
salındığını elan edib.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa ötən ilin martında güllələnib.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının
birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını
törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Təqsirləndirilən beş nəfərə – Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov,
Rəşad Əhmədov və Elşad Əsgərova qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə
ittiham irəli sürülüb.

Source link