23600924-c5e9-43d0-8727-2e600dae85ca..jpg

Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Baxış sayı: 590 dəfə baxılıb.

Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə
göndərilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən şəxslərin
cinayət işi məhkəməyə göndərilib.

“Report” xəbər verir ki, cinayət işinə gələn il yanvarın 12-də Bakı Ağır
Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə iclasında
baxılacaq.

Qeyd edək ki, bu il martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında
“Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə
o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdəbirini dəlib keçən güllə
yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Cinayəti törətməkdə şübhəli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər
Səricanov Elşad Əsgərov, Səbuhi Şirinov saxlanılıblar.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət
Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya
siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə
onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı
əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Source link