9b8442dc-0470-417f-ac0a-77680297e458..jpg

Fazil Mustafaya sui-qəsdlə bağlı 4 nəfər tutulub – YENİLƏNİB

Baxış sayı: 823 dəfə baxılıb.

Fazil Mustafaya sui-qəsdlə bağlı 4 nəfər tutulub – YENİLƏNİB

“Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb. Bakının
bir neçə istiqamətində polis postları quraşdırılması və nəzarət yoxlama
tədbirləri keçirilir”.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN)
Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev
bildirib.

Onun sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə
əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş
Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri
çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

00:15

Deputat Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə haqqın.az məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs Qaradağ rayonu ərazisində saxlanılıb.

Source link