Fellininin muzası olan aktrisa vəfat edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İtaliyalı aktrisa Sandra Milo 90 yaşında vəfat edib.
Məşhur kinorejissor Federiko Fellininin muzası adlandırılan aktrisa məşhur
“Səkkiz yarım” (“Otto e mezzo”, 1963) və “Cülyetta və ruhlar” (“Giulietta degli
spiriti”, 1965) filmlərində rol alıb. Milo, həmçinin, italyan neorealizminin
digər böyük rejissorları ilə, o cümlədən onun qurucusu Roberto Rossellini ilə
işləyib.
Ümumilikdə onun 100-dən çox rolu var. O, həyatının son ilinə qədər aktiv
qalıb. 2020-ci ildə Milo kinoya verdiyi töhfəyə görə İtaliyada Xarici Mətbuat
Assosiasiyası tərəfindən Qızıl Qlobus Mükafatına layiq görülüb. Bir il sonra o,
İtaliyanın “David di Donatello” Kino Akademiyası tərəfindən analoji mükafata
layiq görülüb.
Mənbə: Gazeta.ru