Fermer: “Soğanı aşağı qiymətə satmaqdansa, satmamaq yaxşıdır” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bərdədə payızlıq soğanın yığımına başlanılıb. Bu il əkin sahələri ötən il ilə
müqayisədə təxminən eyni olsa da, qiymətlər xeyli aşağıdır.
Belə ki, keçən il ilkin yığım vaxtı bir kiloqram soğanın qiyməti 50 qəpik
civarında idisə, indi bu rəqəm 20-25 qəpik arasında dəyişir. Soğanın
qiymətindən narazı olan kənd sakinləri alıcı qüvvəsinin də çox aşağı olduğunu
bildiriblər.
“Bu il üç hektar soğan əkmişəm. Üç hektara 15 minə yaxın xərcim çıxıb. Hazırda
soğanın kisəsi altı manatdır, bu qiymətə məhsulu yığmasaq, daha yaxşıdır”, –
kənd sakini deyib.
Daha ətraflı Baku TV-nin süjetində: